Bakıda ayrı-ayrı vaxtlarda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 28 noyabr tarixində məlumat verir.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən R.Əliyev və R.Ağayev saxlanılıblar. Baxış zamanı onlardan 9 nəfərin mobil telefonları, pul və sənədləri olan cüzdanları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.