Bakıda “BakuBus”-ın sürücüsünü döyüblər. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.

“Honda” markalı minik avtomobili və 13 nömrəli avtobus Tibb Universitetinin yaxınlığında qəza törədiblər. Şahidlərin sözlərinə görə, avtobusun sürücüsü minik avtomobilini idarə edən şəxsdən hadisə yerindən uzaqlaşmamağı tələb edib. Nəticədə sürücülər arasında mübahisə yaranıb.

Hadisə anı sərnişinlər tərəfindən lentə alınıb.