Mopedləri idarə etmək üçün sürücülük vəsiqəsi tələbinə dair qanun Milli Məclisdə səsverməyə çıxarılıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı verilməsi və onları idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmasına dair layihə birinci oxunuşda qəbul edilib.

Bununla trisikl və kvadrasikllər də dövlət qeydiyyatına alınacaq və onları idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.