“Göytəpə” Dövlət Sərhəd Xidməti Məntəqəsinin ayıq-sayıqlığı nəticəsində cənub sərhədlərindən narkotik vasitəyə bənzəyən maddələrin qanunsuz keçirilməsinin qarşısı alınıb. Bu haqda 29 noyabr tarixində Report məlumat verib.
Sərhəd pozuntusu faktı Biləsuvar rayonunun Arazbarı kəndi yaxınlığında yerləşən sərhəd zastavalarının xidməti sahəsində sərhəd naryadı tərəfindən qeydə alınıb.
Keçirilən tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayon sakini, 32 yaşlı Elçin Niftəliyev saxlanılıb və üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində çəkisi təxminən 5 kiloqram 50 qram marixuana aşkar olunub.