Bakı Şəhər Halqası (BŞH) “Sahil bağı”ndakı velosiped zolağı ilə bağlı açıqlama verib. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Qurumdan bildirilib ki, zolağın çəkilməsindən öncə BŞH, Dövlət qurumuna maneələrin yerinin dəyişdirilməsini və ya velosiped zolağının özəklərdən kənarda salınması barədə təklif irəli sürmüşdür.

Həmçinin BŞH əlavə edib ki, həmin özəklər orada 2016-ci ildən quraşdırılıb və hər dəfə yarışdan sona üzəri xüsusi qoruyucu ilə bağlanırdı.

Daha öncə, Bakı Nəqliyyat Agentliyi “Formula-1” Azərbaycan Qran-prisi zamanı quraşdırılan bəzi qurğuların sökülməməsi barədə gileylənmişdir.