Fransa senatına və xalqına ünvanlanan petisiyanın səs sayı azalmağa başlayıb. Oktyabrın 11-də yerləşdirilən müraciətin səsləri artıq 130 mindən 125 minə düşüb. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az məlumat verir.

Bununla bağlı petisiyanın həmmüəllifi Kubra Ələkbərova Mesopinions.com saytının rəhbərliyinə müraciət edib.

Saytda siyasi mövzuda müxtəlif petisiyalar da yer alıb. Lakin onların səslərində belə bir dəyişiklik yoxdur.

Bu, Fransanın ölkəmizə qarşı ədalətsiz və qərəzli münasibətini bir daha sübut edir.

Fransanın Azərbaycana qarşı daha bir ədalətsizliyi: sanksiyalar əleyhinə petisiya birdən-birə səs itirməyə başladı
Foto Bakuplus.az