Paytaxtın Nizami rayonu, Babək prospekti, 79 ünvanında yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı yataqxana binası qəzalı vəziyyətdədir. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.

Bina tədricən dağılır, zirzəmi su içində, antisanitar vəziyyətdə – bir sözlə, yaşamağa heç bir şəraiti yoxdur. Amma məcburiyyət qarşısında insanlar burada yaşayırlar.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, orada məskunlaşmış ailələrin vəziyyətindən xəbərdar olsalar da, alternativ təklifləri yoxdur.

Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev: “Dövlət Komitəsinin mənzil fondunda hazırda boş yaşayış sahələri yoxdur. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunacaqlar”.

Yataqxananın təmir edilməsinə gəlincə İbrahim Mirzəyev dedi ki, hazırda təmir işlərinin aparılması üçün qurumun balansında kifayət qədər vəsait yoxdur. Qeyd edək ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binası 1975-ci ildə inşa edilib və hazırda orada müxtəlif rayonlardan olan 103 məcburi köçkün ailəsi yaşayır.

Yataqxanada yaşayan 103 ailənin həyatı təhlükə altındadır
Yataqxanada yaşayan 103 ailənin həyatı təhlükə altındadır
Yataqxanada yaşayan 103 ailənin həyatı təhlükə altındadır Yataqxanada yaşayan 103 ailənin həyatı təhlükə altındadır