Bakının Yasamal rayonunda yanğın baş verib. Bu haqda 30 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.

Ümumi sahəsi 30 kv.m olan qarajın içərisində elektrik sayğacı, 2 elektrik açarı, 12 poqonometr kabel və “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.