Bakıda 31 nömrəli avtobus xəttinin sxemində dəyişiklik olub. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Səbail rayonu, Badamdar qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar 31 nömrəli marşrutun son dayanacağına hərəkət məhdudlaşdırılıb. Bu səbəbdən avtobuslar icazə verilən dayanacağa qədər hərəkət edəcəklər.

Təmir işləri yekunlaşdırıldıqdan sonra əvvəlki sxem bərpa olunacaq.