Bakıda qadın dələduzluqda ittiham olunur. Bu haqda bu gün, 2 dekabr tarixində Lent.az məlumat verib.
K.Kazımova barəsində Cinayət Məcəlləsinin “Dələduzluq” maddəsi ilə cinayət işi başlanıb. Qadın ona müraciət edən N.Osmanovanı aldadaraq dələduzluq yolu ilə pulunu mənimsəməkdə təqsirli bilinib.
Məlumata görə, N.Osmanova ipoteka ilə ev almaq istəyib. Bunu bilən K.Kazımova ona kömək edəcəyini bildirib. Belə ki, Kazımova ipoteka ilə ev almaq üçün N.Osmanovadan 3500 manat alıb.
Lakin pulu aldıqdan sonra vədinə əməl etməyib. Aldadıldığını görən zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda K.Kazımovanın cinayət işi Nizami rayon məhkəməsində araşdırılır.