Bakıda taksi işləyənlərin sayı açıqlanıb. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Report.az-a istinadən xəbər verir.

Paytaxt ərazisində təxminən 28.000 taksinin fəaliyyət göstərdiyi bildirilir. Onların 90%-ı onlayn platformalar üzərindən çalışır. Müqayisə üçün Türkiyənin İstanbul şəhərində bu rəqəm 17.325-ə bərabərdir.

“Bakıda taksilərin sayının çox olması, sürücülərin 14-16 saat işləməsi qəzaların artmasına səbəb olur. Buna görə də taksi fəaliyyətinin müvafiq icazə əsasında həyata keçirilməsi üçün bir sıra təkliflər irəli sürülüb”, – deyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) baş mütəxəssisi Rauf Səfərov qeyd edib.

Ümumilikdə Azərbaycan ərazisində isə taksi fəaliyyəti ilə məşğul olanların dayı 40.000 nəfər təşkil edir.