Cari il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakının Nərimanov rayonunda ümumi uzunluğu 7,6 km olan 7 küçə əsaslı təmir olunub. Bu haqda bu gün, 2 dekabr tarixində agentliyin mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Xətai prospektinə qədər olan 350 metrlik və Təbriz küçəsindən Aşıq Alı küçəsinə qədər olan 284 metrlik hissəsi, Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinədək olan və Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən ümümi uzunluğu 1500 metr olan hissələri, 1830 metr uzunluğunda Müzəffər Nərimanov, 476 metr uzunluğunda Ülvi Bünyadzadə, 340 metr uzunluğunda Tələt Şıxəliyev, 1620 metr uzunluğunda Məsud Əlizadə, uzunluğu 1230 metr olan Əliəşrəf Əlizadə küçələrində əsaslı təmir aparılıb.

Ötən il rayonda ümumi uzunluğu 11 kilometrdən çox olan 15 küçə təmir edilib.

Bu il Nərimanov rayonunda 7 küçə təmir olunub
Bu il Nərimanov rayonunda 7 küçə təmir olunub
Bu il Nərimanov rayonunda 7 küçə təmir olunub Bu il Nərimanov rayonunda 7 küçə təmir olunub