“Neftçi” idman klubunun Müşahidə Şurasın (MŞ) rəhbərliyi dəyişilib. Bu haqda bu gün, 2 dekabr tarixində klubun rəsmi saytı məlumat verib.
Şuranın keçmiş sədri, yazıçı Çingiz Abdullayevi SOCAR-ın prezidenti Rövşən Nəcəf əvəz edib.
Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıblar. Onların yerinə elm və təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.
Keçmiş heyətdən Şurada yalnız Zaur Qəhrəmanov və Səməd Qurbanov öz vəzifələrində qalıblar.