Paytaxtın Nəsimi rayonu, “28 Mall” ticarət mərkəzinin arxasında piyadaları “ofsaydda” saxlayırlar. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az xəbər verir.

Adıçəkilən ticarət mərkəzinin arxası xidməti giriş kimi istifadə olunur və buraya daimi olaraq yük avtomobilləri girib-çıxır. Bu səbəbdən də piyada səkisi tamamilə zəbt olunub və piyadalar avtomobil yoluna çıxmağa məcbur olurlar.

Bu da sakinlərin narazılığına səbəb olur. Onlar həyatlarını təhlükəyə atdıqlarını bildirirlər.