Bakıda daha bir məktəbdən şagirdin görüntüsü yayılıb. Bu haqda 3 dekabr tarixində Lent.az məlumat verib.

Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sinif otağında dərs zamanı bir şagirdin qarşısındakı partada pullar, telefonlar əks olunub. Həmin partanın üstündə şagird, həmçinin bıçaq da qoyub.

Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.