“Bibiheybət” elektrik stansiyasının binası Dövlət Bayrağı Meydanı ərazisində, indiki Əhəd Yaqubov küçəsində yerləşib. Stansiya 1901-ci ildə neft mədənlərini enerji ilə təmin etmək üçün inşa edilib. Bu, Bakıda inşa edilmiş ilk elektrostansiya hesab edilir.

“Bibiheybət” elektrik stansiyasının tikintisini mühəndis Robert Klassonun rəhbərlik etdiyi “Elektriçeskaya Sila” Səhmdar Cəmiyyəti həyata keçirib. Bu cəmiyyət Simens qardaşlarına məxsus Simens-Şukkertverk konserninə daxil idi.

Stansiyanın inşasında iştirak etmiş rus mühəndis Krasin öz xatirələrində yazırdı: “Bakıda dörd illik işim hələ də yadımdadır. Biz Bayıl dağının yarısını dənizə aşırtdıq, stansiyanın ərazisini iki hektar artırdıq… bu yerdə mərkəzi elektrik stansiyasının möhtəşəm binası, üç yaşayış binası, su nasosu və hər növ xidmət binalarını inşa etdik.” İnşa işlərində rus, ingilis, alman və başqa millətlərdən də inşaatçılar iştirak edirdi. [Красин Л.Б. Дела давно минувших дней. Москва-1934]  [Полонский А. “Сименс”: Электричество и горнозаводское дело Из истории иностранных инвестиций в Азербайджане //Литературный Азербайджан.-1995.- №1-6]

Stansiya dövrünün qabaqcıl texnologiyası ilə təchiz edilirdi. 1914-cü ildə binada yenidənqurma işləri aparılır. 1915-1917-ci illərdə Bibiheybət stansiyası Rusiyada ən böyük, Avropada isə ən qənaətcil stansiyalardan birinə çevrildi.

Sovet dövründə – 1920-ci ildə stansiya milliləşdirildi. Bundan sonra burada təmir işləri aparıldı və stansiya SSRİ-də ilk dəfə olaraq, qaz yanacağına keçirildi. 1923-cü ildə stansiya inqilabçı Leonid Krasinin (Krasin adına QRES) adını aldı. 1941-ci ilə qədər Azərbaycanda istehlak olunan enerjinin 40 faizi QRES-də istehsal edilirdi. [ГРЭС им. Л.Б.Красина. Баку-1976]

Sonradan bina öz əhəmiyyətini itirdi.

Müstəqillik dövründə binada təmir-bərpa işləri aparıldı. 2015-ci ildən burada Daş Salnamə Muzeyi fəaliyyət göstərir.

Bakıda inşa edilmiş ilk elektrostansiya binasının tarixi

Daş Salnamə Muzeyi
Daş Salnamə Muzeyi
Daş Salnamə Muzeyi
Daş Salnamə Muzeyi
Daş Salnamə Muzeyi
Daş Salnamə Muzeyi Daş Salnamə Muzeyi Daş Salnamə Muzeyi Daş Salnamə Muzeyi Daş Salnamə Muzeyi