Bu gün Cüdo üzrə Azərbaycan çempionatının 2-ci günüdür. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az Cüdo Federasiyasına istinadən xəbər verir.
Yarışda 4 çəki dərəcəsində 107 cüdoçu mübarizə aparacaq. Tədbir gün ərzində Bakı İdman Sarayında baş tutacaq. Giriş sərbəstdir.
2-4 dekabr tarixlərində Bakıda Cüdo üzrə Azərbaycan çempionatı keçirilir. Yarışda müxtəlif yaşlarda ümumilikdə 400-ə yaxın idmançı iştirak edir.