Paytaxtın Nəsimi rayonunda Əlillər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Nəsimi rayonu ərazisində yaşayan fiziki məhdudiyyətli vətəndaşlar İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət olunublar, onlara sovqatlar çatdırılıb.

Həmçinin “Olimpik Star” idman və əyləncə mərkəzində 268 saylı Xüsusi məktəbdə təhsil alan uşaqlara nahar süfrəsi açılıb və hədiyyələr verilib. Gün ərzində uşaqlar mərkəzdə olan müxtəlif oyun elementlərindən istifadə edərək şənləniblər.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak ediblər.

Nəsimi rayonunda fiziki məhdudiyyətli şəxslər üçün şənliklər keçirilib
Nəsimi rayonunda fiziki məhdudiyyətli şəxslər üçün şənliklər keçirilib
Nəsimi rayonunda fiziki məhdudiyyətli şəxslər üçün şənliklər keçirilib Nəsimi rayonunda fiziki məhdudiyyətli şəxslər üçün şənliklər keçirilib