Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda 3 dekabr tarixində Oxu.az məlumat verib.

Belə ki, Zaur Mirzəyevin cinayət işi üzrə iki qadın zərərçəkmiş qismində tanınıb.

Zaur Mirzəyev 2013-cü ildən xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdırıb. İş otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Həmin pornoqrafik materiallar 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılıb.

Onun barəsində Cinayət Məcəlləsinin “Şəxsi həyatın toxunulmazlığını pozma”, “Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma” və “Vəzifə səlahiyyətlərini aşma” maddələri ilə ittiham elan edilib.