QOÇ bürcü

Bu həftə qalmaqallı söhbətlər, müzakirələrdən qaçın: heç bir xeyir görməyəcəksiniz. Tanışların şirin vədlərinə inanmayın, çünki kiçik maliyyə itkiləri ilə qarşılaşa bilərsiniz. Həftənin ikinci yarısında dostlarınızın biri ilə dava edəcəksiniz: bu əks cinsin nümayəndəsinə görə olacaq. Həftəsonu yardım istəyənləri gözləyin: hamı sizi pullu, varlı bəxtəvər sayır. Uğurlu günləriniz 6, 8 dekabr, uğursuz gününüz isə 5 dekabrdır.

 

BUĞA bürcü

Bu həftə özünüzə inanın, əhəmiyyətli irəliləyişə nail olmaq, yaxşı gəlir əldə etmək mümkündür. Həftənin ortasında “dəli” bir insanla qarşılaşacaqsınız: o, sizin ağlınızı və ürəyinizi alacaq və darıxmağa imkan verməyəcək. Həftəsonu nüfuzlu insanlarla görüşəcəksiniz və sonda gəlir gətirəcək müqavilə bağlıyacaqsınız. Evli olanlara şad xəbər: çoxdandır arzuladığınız məsələ bu həftə həll oluna bilər. Uğurlu günləriniz 9, 11 dekabr, uğursuz gününüz isə 8 dekabrdır.

 

ƏKİZLƏR bürcü

Bu həftə qarşınıza qoyduğunuz məsələlər çətin olsa da, mütləq həll olunacaq. Onları həll edərkən faydalı təcrübə əldə etməklə yanaşı, maraqlı tanışlıqlara da nail olacaqsınız. Həftənin ikinci yarısında ağlınıza iş yerini dəyişmək gələrsə, bunu mütləq edin! Qarşınıza istədiyiniz iş təklifi çıxacaq. Tapandan sonra isə köhnə işinizdə hamıya “arrivederçi” deyib yeni həyata qədəm qoyun. Həftəsonu saf dostluq ciddi münasibətə çevrilə bilər, etirafa hazır olun. Uğurlu günləriniz 5, 10 dekabr, uğursuz gününüz isə 9 dekabrdır.

 

XƏRÇƏNG bürcü

Bu həftə yeniliklərlə ehtiyatlı olun: yeni iş və ya layihə üçün əlverişli zaman deyil. Sizə yardım və dəstək vəd edən insanlar sözlərinin üstündə durmayacaqlar, yalançı çıxacaqlar, vədlərinə əməl etməyəcəklər. Həftəsonu diqqətli olun, qapını açmaq əvəzinə divarı sındırmağa çalışmayın. Sizə qəliz gələn məsələlərin çox asan həlli var, əsas odur ki, intuisiyanıza və ağlınıza güvənəsiniz. Subayların bəxti açılacaq: sizin ürəyinizi almaq istəyən biri üzə çıxacaq. O, sizin üçün lap Dan ulduzunu göydən qoparmağa, Məcnun kimi səhralarda sürünməyə hazır olacaq. Uğurlu günləriniz 7, 11 dekabr, uğursuz gününüz isə 6 dekabrdır.

 

ŞİR bürcü

Bu həftə kölgəyə çəkilin: nüfuzlu, hadisələrə təsir etmək imkanlarına malik insanlarla kəskin mübahisələr etməyin və önəmli məsələlərin müzakirəsini təxirə salın. Son vaxtlar sizi narahat edən maliyyə problemlərini çözə bilərsiniz. Alış-verişdə çox pul xərcləməyin: gələcəkdə sizi böyük layihələr gözləyir və oraya yatırım etmək üçün vəsait lazım olacaq. Həftəsonu ayağınızın altını qazmağa çalışacaqlar. Həmin insanı aşkar edib əllərini sındıracaqsınız. Uğurlu günləriniz 5, 6 dekabr, uğursuz gününüz isə 10 dekabrdır.

 

QIZ bürcü

Qızlar üçün asan həftə olmayacaq: istənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Müdiriyyət tərəfindən sizə çoxlu tapşırıqlar veriləcək, lakin “uf” demədən yerinə yetirin: sonda sizi bonuslar və maaş yüksəlişi gözləyəcək. Sevgi cəbhəsində darıxmayacaqsınız: bəyənmədiyiniz bir nəfər sizi bezdirəcək, təqib edəcək, hədiyyələrlə “basdıracaq”. Bir sözlə, aşırı diqqətdən yorulacaqsınız. Lakin bir şans verməyə dəyər, axı o, sizi səmimi-qəlbdən sevir. Uğurlu günləriniz 9, 10 dekabr, uğursuz gününüz isə 5 dekabrdır.

 

TƏRƏZİ bürcü

Bu həftə yeni layihələrə ehtiyatla başlayın: məsləhət alın, yüz ölçüb, bir biçin. Maliyyə problemləri ilə qarşılaşa bilərsiniz: narahat olmayın, çətinlikləri dəf edəcəksiniz və sonda əliniz pulla oynayacaq. Özünüzə diqqəti cəlb edəcəksiniz, hamı sizin haqqınızda danışacaq, paxılların isə ürəyi partıyacaq. Bir çamadan pul tapmaq şansınız var: çöldə gəzərkən ayıq-sayıq olun, varlı olmaq şansını qaçırmayın. Həftəsonu qonşularla dava edəcəksiniz: “keçəl qız” bu səfər də evdə qalacaq. Dostlarınız sizə böyük sürpriz hazırlayırlar – sevincinizdən ağlayacaqsınız. Uğurlu günləriniz 8, 10 dekabr, uğursuz gününüz isə 5 dekabrdır.

 

ƏQRƏB bürcü

Həftəiçi bir qədər əvvəl başladığınız, amma müəyyən səbəblərdən yarımçıq qoyduğunuz işləri bitirin. Uğurlara nail ola bilərsiniz, ona görə də əsla tənbəllik etməyin, vaxtınızı boş işlərə sərf etməyin. Maddi durumunuz xeyli yaxşılaşacaq: gözləmədiyiniz yerdən pul gələcək. Bu həftə toya dəvət olunacaqsınız. Diqqətli olsanız, ikinci yarınızla elə orada tanış olacaqsınız. Həftəsonu taleyin sizə bəxş edəcəyi hədiyyəni gözləyin, həyatınız 180 dərəcə dəyişə bilər. Uğurlu günləriniz 9, 10 dekabr, uğursuz gününüz isə 7 dekabrdır.

 

OXATAN bürcü

Bu həftə spontan xərclərə yol verməyin, gəlirlər çox olsa da, bədxərc olmayın. Həftəiçi Dolçalardan və Xərçənglərdən özünüzü qoruyun: nə vaxtsa onların quyruğunu əzmisiniz, qisas gözləyin. Sevdiyiniz insanla romantik ab-havada vaxt keçirəcəksiniz, hətta ola bilsin ki, səyahətə çıxacaqsınız. Dostunuz sizə güvənib bir sirr açacaq. Şok yaşasanız da, qəbul etməli olacaqsınız. Həftəsonu maddi hədiyyə gözləyin. Uğurlu günləriniz 10, 11 dekabr, uğursuz gününüz isə 7 dekabrdır.

 

OĞLAQ bürcü

Bu həftə çoxdandır danışmadığınız insanla barışın: onu hələ də istəyirsiniz, bir şans da verin. Məhsuldar həftə gözlənilir: iş çox olacaq, lakin sonu da gözəl nəticələnəcək. Sərfəli görüş gözlənilir. Özünüzü inamlı aparsanız, mütləq istədiyinizə nail olacaqsınız. Sizi sevən insandan xoş sürpriz gözləyin: romantik anlar yaşayacaqsınız. Həftəsonu xərclərin çox olacağı gözlənilir: həmişə varlı olmayacaqsınız ki, biraz da özünüzü kasıb hiss edin. Uğurlu günləriniz 6, 7 dekabr, uğursuz gününüz isə 11 dekabrdır.

 

DOLÇA bürcü

Bu həftə kiçik anlaşılmazlıqlar istisna deyil: yaranan problemlər çoxdan həyata keçirməyə çalışdığınız məsələləri reallaşdırmağa mane olacaq. Yeni tərəfdaşlarla məhsuldar əməkdaşlığa başlayın. İşdə rəhbərliklə fikir ayrılıqları yaranacaq: ilk baxışdan mənasız məsələlər az sonra ciddiləşəcək. Pəhriz saxlamağa başlamaq üçün yaxşı vaxtdır: bu sizin sağlamlığınızı daha da gücləndirəcək. Subayların Xərçəng və Balıq bürclərinin nümayəndələri ilə münasibətə başlamaq ehtimalı var. Uğurlu günləriniz 7, 11 dekabr, uğursuz gününüz isə 9 dekabrdır.

 

BALIQLAR bürcü

Bu həftə sizi narahat edən problemləri həll edəcəksiniz. Problemlərlə qarşılaşanda tanışlar və ya tərəfdaşlara müraciət etmək olar. Birgə fəaliyyət taktikası yetərincə effektivdir. Həftəiçi xoş sürprizlər istisna deyil. Həmçinin romantika dolu qeyri-adi görüşünüz ola bilər. İmicinizi dəyişmək fikriniz varsa, düşünmədən edin. Buna görə çoxsaylı komplimentlər, xoş sözlər eşidəcəksiniz. Subay qızların bəxti açılacaq, elçiləri qapıya düzüləcəklər. Uğurlu günləriniz 8, 10 dekabrdır, uğursuz gününüz gözlənilmir.