Tam 11 gün sonra bütün dünyanın gözlədiyi və bəlkə də ilin blokbasteri olacaq “Avatar 2” filmi böyük ekranlara çıxacaq. Buna görə də biz 13 il əvvəl çəkilmiş birinci hissəni yada salmağa qərar verdik.

Ad: “Avatar”

Janr: fantastika, döyüş filmi, drama

Reytinq: 7.8/10

Vaxt: 2 saat 42 dəqiqə

Təqaüddə olan keçmiş hərbçi Cek Salli yeriyə bilmir və dünyada məqsədsiz həyat yaşayır. Onun qardaşı, elmlər doktoru bədbəxt hadisə nəticəsində vəfat edir və qardaşının yarımçıq qoyduğu işi bitirmək üçün Cek “Pandora” adlı planetə uçmalıdır. Yeni dünyada yeni həyata başlamaq düzgün qərar olacaqmı?

“Avatar” filmi kinoindustriyada çevrilişə səbəb olmuşdur. Həmin dövrün ən öndə gedən texnologiyası olan 3D çəkiliş məhz bu filmdən sonra məşhurlaşmışdır. Filmdə o dönəm üçün ən son texnologiyalar istifadə olunmuşdur. Buna görə də filmin hər dəqiqəsi 17,28 giqabayt yer tuturdu.

Kinolent 3 milyard ABŞ dollarına yaxın vəsait toplamışdır ki, bu da rekord göstəricidir. Bu günə qədər bu rəqəmlərə çatan olmayıb.

Filmdə “Pandora” planetinin sakinlərinin dili sıfırdan yaradılıb və 1000-dən artıq söz tərtib olunub.

Kinonun rejissoru Ceyms Kemeron özündən o qədər razı idi ki, əgər film uğur qazanmasaydı, 1 qəpik belə pul almayacağına razılıq vermişdi.

Bəli, Ceyms Kemeron həmişə hər şeyin ən yaxşısı və ən təzəsini istəyir. Bu da həmişə çox baha başa gəlir. Ancaq sonda “Avatar” kimi şah əsərləri yaranır. 2-ci filmi səbirsizliklə gözləyirik.

Yarım milyardlıq film kinoindustriyanı necə dəyişdi?
Yarım milyardlıq film kinoindustriyanı necə dəyişdi?
Yarım milyardlıq film kinoindustriyanı necə dəyişdi?
Yarım milyardlıq film kinoindustriyanı necə dəyişdi?
Yarım milyardlıq film kinoindustriyanı necə dəyişdi? Yarım milyardlıq film kinoindustriyanı necə dəyişdi? Yarım milyardlıq film kinoindustriyanı necə dəyişdi? Yarım milyardlıq film kinoindustriyanı necə dəyişdi?