Bakı İdman Sarayında keçirilən Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

3 gün davam edən yarışda 68 klubdan 363 nəfər iştirak edib. Medalların sayına görə 1-ci yerə “Neftçi” İdman Klubu, 2-ci yerə “Atilla” İdman Klubu, 3-cü yerə isə “Cüdo Klub 2012” layiq görülüb. Daha 16 klub müxtəlif əyarlı medallar qazanıb.

2-4 dekabr tarixlərində paytaxtda yerləşən Bakı İdman Sarayında qadınlar və kişilər arasında Cüdo üzrə Azərbaycan çempionatı keçirilib.