“Formula-1” Azərbaycan Qran Prisinə könüllü qeydiyyatı başlayıb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir.

Beynəlxalq müsabiqədə iştirak etmək, “Formula-1” həyəcanını yaxından hiss etmək, eləcə də vaxtını səmərəli keçirmək və yeni insanlarla tanış olmaq istəyənlər bu şansdan istifadə edə bilərlər.

Bunun üçün volunteers.bakucitycircuit.com saytına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Yarışların sonunda hər bir könüllü Bakı Şəhər Halqası (BŞH) və Formula-1 tərəfindən verilən sertifikat ilə təltif olunacaq.