Bakıda fitnes mərkəzində yanğın olub. Bu barədə BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 6 dekabr tarixində xəbər verir.

Nəsimi rayonunda ümumi sahəsi 300 kv.m olan, fitnes mərkəzi kimi fəaliyyət göstərən ikimərtəbəli obyektin dam örtüyünün taxta atmaları 15 kv.m sahədə və damında 3 poqonometr elektrik kabeli yanıb.

Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub.