Bakıda 7A nömrəli marşrut avtobusunun hərəkət sxeminə daxil olan küçələrdə avtobus zolaqları çəkiləcək. Bu haqda bu gün, 6 dekabr tarixində Azərtac BNA-nın Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadəyə istinadən məlumat verir.

7A nömrəli avtobuslar Gəncə, Qara Qarayev, Ziya Bünyadov, Moskva prospektlərindən keçir.

Bu ərazilərdə avtobus zolaqlarının təşkili avtobuslar arası intervalın azaldılmasına, sərnişinlərin mənzil başına daha tez çatmasına, ictimai nəqliyyatdan istifadənin artmasına şərait yaradacaq.