18:08 – Yenilənib

Yanğın söndürülüb.

18:02 – DSX sədri hadisə yerinə gəlib

Hadisə yerinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev  və rəhbər heyəti gəlib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

17:24 – DSX-da yanğın

Dövlət Sərhəd Xidmətinin akademiyasında yanğın başlayıb. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğınsöndürmə işləri davam edir.