Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasında partlayış olub, xəsarət alan var. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən bu gün, 7 dekabr tarixində məlumat verir.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb ediliblər.

İlkin məlumata görə, binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 67 kv.m olan iki otaqlı mənzilin eyvanında qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində mənzildə olan bir nəfər xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Partlayış dalğasının təsirindən mənzilin 1 otağının pəncərə çərçivəsi yerindən çıxıb və giriş qapısına ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Masazırda yaşayış binasında partlayış: xəsarət alan var
Masazırda yaşayış binasında partlayış: xəsarət alan var
Masazırda yaşayış binasında partlayış: xəsarət alan var
Masazırda yaşayış binasında partlayış: xəsarət alan var
Masazırda yaşayış binasında partlayış: xəsarət alan var Masazırda yaşayış binasında partlayış: xəsarət alan var Masazırda yaşayış binasında partlayış: xəsarət alan var Masazırda yaşayış binasında partlayış: xəsarət alan var