Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin edilib. Bu barədə BakuPlus.az Report-a istinadən bu gün, 8 dekabr tarixində xəbər verir.

Vəzifəyə həmin məhkəmənin hakimi Zeynal Ağayev təyin edilib.

Müvəqqəti sədrin təyin edilməsi keçmiş məhkəmə sədri Mahmud Nəbiyevin dekabrın 7-də vəfat etməsi ilə bağlıdır.

Müvəqqəti sədr olan Zeynal Ağayev 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır.