Paytaxtın Binəqədi rayonunda narkotik təsiri altında avtobus idarə edən sürücü saxlanılıb. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Kənan Həzrətquliyev 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən zaman Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Onun narkotik maddə istifadə etdiyi ehtimal olunaraq o, müayinəyə göndərilib. Nəticədə ehtimal öz təsdiqini tapıb.

Faktla bağlı toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.