Bakıda intihar hadisəsi baş verib. Bu barədə Lent.az 9 dekabr tarixində məlumat verib.

Səhər saat 06:00 radələrində Səbail rayonunda, Dənizkənarı Milli Parkda Füzuli rayon sakini, 27 yaşlı Habil İmaşlı özünü dənizə ataraq həyatına son qoyub.

H.İmaşlı Füzuli rayonunda itkin düşən şəxs kimi qeydiyyatda olub.

Faktla bağlı araşdırma aparılır.