Heydər Əliyev Beynəlxalq Aeroportu cari ilin statistikasını paylaşıb. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az aeroporta istinadən xəbər verir.

Cari ilin ilk 11 ayı ərzində Heydər Əliyev adına Beynəlxalq Aeroport 4 milyon 40 sərnişinə xidmət göstərib. Təkcə noyabr ayında hava limanından 375.000 sərnişin istifadə edib.

Ümumilikdə isə Azərbaycan aeroportları 5 milyona yaxın sərnişinə xidmət göstərib.

Ötən ay Bakıdan ən populyar beynəlxalq istiqamətlər Moskva, İstanbul, Dubay və Tbilisi olub.