Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbərinə hökm oxunub. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Məhkəmənin qərarı ilə Elçin Ələkbərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun və ailə üzvlərinin adına rəsmiləşdirilən bütün əmlak müsadirə edilib.
“Kat Holding” MMC-nin təsisçisi olan E.Ələkbərov digər işçilər ilə əlbir olaraq bina inşasına başlayıb və həmin tikilidən mənzil alan şəxslərin pullarını mənimsəyərək tikintini yarımçıq qoyub. Nəticədə onlar 1 milyon 380 min AZN oğurlayıblar.
Azərbaycan və Litva vətəndaşlarının şikayətlərinə əsasən, cinayət işi başlamışdır.