Paytaxtın Nəsimi rayonu, Azadlıq prospektində gənc qızı avtomobil vurub. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

24 yaşlı Ülviyyə Əmrahova yolu keçən zaman onu minik avtomobili vurub. Nəticədə yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.