Bakıda minik avtomobili yanıb. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə Xəzər rayonunda qeydə alınıb. “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.