Bakıda parklanma nəzarətçisi ilə sürücü arasında yaranan mübahisə sosial şəbəkədə müzakirə olunub. Bu haqda bu gün, 13 dekabr tarixində Lent.az-a istinadən xəbər veririk.
Paylaşılan görüntülərdə “Opel” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxladığı yerdə iddialara görə, ödəniş etməyib. Bu səbəbdən də nəzarətçi ona hücum edib.
Qanunsuz fəaliyyət göstərən nəzarətçi zərbə endirmək məqsədilə stulu götürüb və avtomobilə yaxınlaşıb. Lakin daha sonra maşının şüşəsini dartaraq zədələyib.