Bakıda Zərifə Əliyeva adına istirahət parkında təmir işləri aparılır. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az məlumat verir.

İstirahət guşəsində yerləşən minifutbol stadionunda təmir-bərpa işləri aparılır. Aidiyyəti qurumun əməkdaşları tərəfindən meydançanın üstünün örtülməsi ilə bağlı tamamlama işləri aparılır, eləcə də paltardəyişmə otağı və duş kabinəsində təmir gedir. Ərazidə işçi qüvvəsi çalışır.

Zərifə Əliyeva adına istirahət parkı
Foto Bakuplus.az