Bakıda sərnişin avtobusu qəza törədib. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Qafqazinfo.az-a istinadən məlumat verir.
Hadisə səhər saatlarında Novxanı qəsəbəsində baş verib. 123 saylı marşrut avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı nəqliyyat vasitəsində sərnişinlər olmayıblar.
Faktla bağlı araşdırma aparılır.