Bakının Qaradağ rayonunda cari il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən uzunluğu 19,6 kilometr olan 13 küçədə təmir işləri aparılıb. Bu haqda bu gün, 13 dekabr tarixində AAYDA-nın mətbuat xidməti məlumat verib.
Təmir olunan yolların 8,43 kilometri Lökbatan, 5,1 kilometri Qızılbaş, 3,2 kilometri Sahil və 2,9 kilometri Qobustan qəsəbəsinin payına düşüb.
2021-ci il ərzində Qaradağ rayonunda ümumi uzunluğu 6,5 kilometr olan küçə və yollarda təmir işləri aparılıb.
