Bakının Binəqədi rayonunda paytaxt sakinindən telefonunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Polisə daxil olan müraciətə əsasən, N.Məmmədovun mobil telefonu oğurlanıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini S.İsmayılzadə saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.Nağıyevin üzlüyündə 50 manat və 200 ABŞ dolları olan mobil telefonunu oğurlaması da müəyyən olunub.