Paytaxtın Pirallahı rayonunda cari il ərzində təmir olunan küçələr haqda açıqlama verilib. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Ümumi uzunluğu 4,6 km olan küçələrdə köhnə asfalt örtüyü qazılaraq yenisi ilə əvəzlənib. Müvafiq yerlərdə yol cizgiləri çəkilib, nişanlar quraşdırılıb.

Təmir olunan küçələr aşağıdakılardır:

  • Kamil Rzayev küçəsi – 2260 m;
  • Yavər Əliyev küçəsi – 1760 m;
  • 39-cu məhəllə – 580 m.
Pirallahıda yolalr təmir olunub
Foto avtomobil yolları Dövlət Agentliyinin rəsmi saytı