Bakıda narkotik alveri ilə məşğul olan taksi sürücüləri saxlanılıblar. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Uber” taksi şirkətinin 7 sürücüsünün narkotacirlik etdiyi məlum olub. Onlardan ümumilikdə 20 kiloqrama yaxın narkotik və psixotrop maddə aşkar olunub. Narkotiklər sürücülərin avtomobil və evlərində tapılıb.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam edir.