Bakının Binəqədi rayonunda 17 yaşlı gənc atasını bıçaqlayıb. Bu haqda bu gün, 15 dekabr tarixində Qafqazinfo məlumat verir.

Hadisə Novxanı bağları ərazisində bu gün saat 03:00 radələrində baş verib. 17 yaşlı oğlan atası, 40 yaşlı Qiyamət Ağayevi münaqişə zəminində bıçaqlayıb.

Gənc polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.