Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi Venesiyaya dönüb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az 1News-a istinadən xəbər verir.
Sözügedən ərazi tamamilə palçıq içindədir. Buraya yağış yağandan sonra həm piyadaların, həm də avtomobillərin hərəkəti çətinləşir.
Sakinlərin sözlərinə görə, onlar öz hesablarına kanalizasiya xətti belə çəkiblər və sadəcə asfaltın vurulması üçün dəfələrlə dövlət orqanlarına müraciət ediblər, ancaq geri dönüş olmayıb.
Suraxanı rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirdilər ki, asfaltlama işləri Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səlahiyyətindədir. Lakin sonuncudan xəbər almaq mümkün olmayıb.