Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Şahidlərin sözlərinə görə, “VAZ-2106” markalı avtomobil 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına məxsus maşınla toqquşub. Toqquşmadan sonra sonuncu yaxınlıqdakı mağazaya çarpılıb.
Sürücülərdən biri müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.