Paytaxtın Qaradağ rayonunda, “Meyvəli” bazarının qarşısında ağır yol qəzası qeydə alınıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
“VAZ-2107” markalı minik avtomobili “Volvo” markalı yük maşınına çarpılıb. Minik avtomobilində olan 4 nəfər sıxılmış vəziyyətdə qalıb.
Sürücü və ön oturacaqda olan sərnişin aldıqları xəsarətlərdən yerindəcə keçiniblər. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları 2 nəfərin meyitini zədələnmiş avtomobildən çıxararaq morqa təhvil veriblər. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Arxa oturacaqda olan sərnişinlər – 21 yaşlı Razi Məmmədzadə və 25 yaşlı Kənan Allahyarlı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.