“Nizami” Kino Mərkəzində yerli istehsal olan film nümayiş olunacaq. Bu haqda bu gün. 15 dekabr tarixində Bakuplus.az “citylife_events”-ə istinadən xəbər verir.
Mərkəzdə Vahid Mustafayevin çəkdiyi “Qaytarılan torpaq” adlı sənədli film göstəriləcək. Kinoda Füzuli şəhərinin 1993-cü ildə işğalı və 2020-ci ildə azad olunması barədə bəhs edilir.
Nümayiş 16 dekabr saat 18:30-da başlayacaq. Giriş sərbəstdir.