Bakıda gələn il baş tutacaq şahmat üzrə Dünya Kubokunun mükafatçıları digər beynəlxalq yarışlara vəsiqə qazanacaqlar. Bu haqda bu gün, 16 dekabr Bakuplus.az məlumat verir.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında verilən məlumata görə, ilk 3 pilləni tutan qrosmeysterlər İddiaçılar Turnirində şahmat tacı uğrunda mübarizə aparacaqlar.

Turnirə qalan 5 vəsiqəni dünya çempionatının qalibi, “Grand Swiss” turnirində 1 və 2-ci yeri tutanlar, FIDE reytinqli turnirlərdə 1 il ərzində ən yüksək nəticə əldə edən şahmatçı və 1 yanvar 2024-cü il üçün ən yaxşı reytinqə malik qrosmeyster əldə edəcəklər.