Paytaxtın Nizami rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Opel” markalı nəqliyyat vasitəsinin elektrik naqillərində başlayıb. Salona və mühərrik hissəsinə, eləcə də ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.