Bakıda qapalı buz meydançası yaradılacaq. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az xəbər verir.

Gənclər və idman naziri Fərid Qayıbovun sözlərinə görə, növbəti ilin ilk aylarında paytaxt ərazisində buz meydançası yaradılaraq istifadəyə veriləcək. Meydança qapalı olacaq.

“Cəlb olunan legioner idmançılar şərait olmadığı üçün, əsasən, xaricdə məşq edirlər. Həm nazir, həm də vətəndaş kimi istərdim ki, bu növlər bizdə də inkişaf etsin”, – deyə nazir əlavə edib.