Dəmir yolları Bakı-Gəncə-Bakı reysinə əlavə qatarlar buraxacaq. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına (ADY) istinadən xəbər verir.
Qurum bayram günlərində gücləndirilmiş iş rejimində çalışacağını bildirir. Bununla bağlı xəttə əlavə qatarlar buraxılacaq.
Cədvələ görə yeni qatarların hərəkət vaxtı aşağıdakı kimi olacaq:
Bakıdan:
- 30 dekabr – 19:00;
- 31 dekabr – 09:00;
- 3 yanvar – 19:00;
Gəncədən:
- 31 dekabr – 09:00 və 14:30;
- 4 yanvar – 09:00.
Digər qatarlar, eləcə də Bakı-Sumqayıt-Bakı qatarları qeyri iş günü qrafikinə uyğun işləyəcək.